"İsrail ordusunun Livanda döyüşmək üçün kifayət qədər əsgəri var".
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bunu İsraillə Hizbullah arasındakı gərginliyi dəyərləndirən İsrailin təhsil naziri Yoav Kiş deyib.
Onn sözlərinə görə, Hizbullah və Livanın cənubunda yaşayan xalqın Litani çayının şimalına sürgün edilməsi üçün müharibə başlamalıdır.
"Hizbullahın, eləcə də bölgə xalqının ölkənin cənubundan Litani çayının şimalına deportasiya edilməlidir". - deyə nazir vurğulayıb.
Qeyd edək ki, 7 oktyabr 2024-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə toqquşur. Bu qarşıdurmalarda 325 Hizbullah üzvü, 63 livanlı mülki, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.
Gülşən Şərif













jPG-1720000420.webp)


