• Bakı 27° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

BMT-dən Hindistana çağırış: "İrqi ayrı-seçkiliyə son qoyun"

DÜNYA

03 Iyul 2024 | 13:48

BMT-dən Hindistana çağırış: İrqi ayrı-seçkiliyə son qoyun

"Hindistan Rohinca müsəlmanlarına qarşı özbaşına həbslərə son qoymalıdır".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin (CERD) açıqlamasında yer alıb.

Açıqlamada bildirilib ki, Hindistan Rohinca müsəlmanlarına qarşı irqi ayrı-seçkiliyə, məcburi deportasiyalara və özbaşına həbslərə son qoymalıdır.

"Rohinca müsəlmanlarının, o cümlədən uşaqların qeyri-adekvat şəraitdə, bəzi hallarda lazımi prosedur və ya qanuni təmsilçiliyə çıxışı olmadan özbaşına, kütləvi şəkildə saxlanılması ilə bağlı xəbərlərdən narahatıq", - deyə bəyanatda vurğulanıb.

BMT irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya üzv olan ölkələri bu əməlləri pisləməsi və lazımi qaydada cəzanın təmin edilməsi ilə bağlı çağırış edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR