• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dünyada qızıl ehtiyatları artıb

İQTİSADİYYAT

04 May 2024 | 15:31

Dünyada qızıl ehtiyatları artıb

“World Gold Council”ın (WGC) ilkin dəyərləndirməsinə görə, dünyanın mərkəzi bankları mart ayında ümumi qızıl ehtiyatlarını 15,7 ton artırıblar. 

 Bakıvaxtı.az xəbər verir ki, dünya üzrə mərkəzi banklar tərəfindən, ümumilikdə, 40,4 ton alış, 24,7 ton satış qeydə alınıb.

Ən iri satıcı Özbəkistan olub – 10,9 ton. Tailand öz ehtiyatlarını 9,6 ton azaldıb. Lakin bu, qızıl haqq-hesabının başqa formatına keçidlə bağlıdır. Əsas satıcılar arasında İordaniya da (3,7 ton) yer alıb.

Ən iri alıcılar Türkiyə (14,1 ton), Hindistan (5,1 ton), Çin (5 ton), Qazaxıstan, Sinqapur (hərəyə 4,5 ton) və Rusiya (3,1 ton) olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026