• Bakı 15° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Narkotikə görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlanıb

CƏMİYYƏT

04 May 2024 | 16:41

Narkotikə görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlanıb

"Cari ilin 4 ayı ərzində polis tərəfindən 304 kiloqramı heroin olmaqla, ümumi 1 ton 581 kiloqram müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb".

 Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, ötən 4 ay ərzində 3585 fakt qeydə alınıb və 2024-cü ilin ilk 3 ayı ərzində isə 1589 şəxs məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir. (trend)


SON XƏBƏRLƏR

17 May 2024