• Bakı 15° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Xətaidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
CƏMİYYƏT
06 May 2025 | 23:29

Xətaidə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

06 May 2025