• Bakı 24° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İtkin düşən alpinistlərin cəsədləri tapıldı

DÜNYA

17 Yanvar 2024 | 21:44

İtkin düşən alpinistlərin cəsədləri tapıldı

Xilasedicilər yanvarın 12-də İranın Qərbi Azərbaycan vilayətinin dağlıq ərazilərində qar uçqunu nəticəsində itkin düşən 3 alpinistin cəsədini aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Alpinizm Federasiyasının axtarış-xilasetmə komitəsinin rəhbəri Həmid Mosaedyan məlumat verib.

"Əvvəlcə səhər saat 10 radələrində alpinistlərdən birinin trekkinq dirəyi tapılıb və onlardan birinin cəsədi diqqət çəkib. Sonradan axtarışlar davam etdirildikdən sonra hər üçü tapılıb", - deyə o bildirib. 

Xatırladaq ki, yanvarın 12-də Qərbi Azərbaycan əyalətinin Oşneviye şəhəri yaxınlığındakı dağlarda qar uçqunu nəticəsində beş alpinistdən ibarət qrup itkin düşüb. Onlardan ikisi tapılaraq xəstəxanaya aparılıb. Yanvarın 14-də İranın Qızıl Aypara Təşkilatı qarda qalan alpinistləri axtarmaq üçün bir neçə qrup göndərib.


SON XƏBƏRLƏR