• Bakı C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

12 qadından 102 uşağı var- Övladlarını tanıya bilmir

DÜNYA

27 Dekabr 2024 | 12:05

12 qadından 102 uşağı var- Övladlarını tanıya bilmir

Uqandanın Mukiza kəndində yaşayan 70 yaşlı Musa Hasahya Kasera 12 arvadından ümumilikdə 102 uşağı olduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın
məlumatına görə, uşaqlarının sayını xatırlamaqda çətinlik çəkən Kasera onların adlarını dəftərə qeyd edir.

O bildirib ki, bundan əlavə, onun 578 nəvəsi var.

Həyat yoldaşlarının hər birindən orta hesabla 8-9 uşaq sahibi olan Musa bu qədər böyük ailəni dolandırmaqda çətinlik çəkir. Aclıq və məhdud imkanlarla mübarizə aparan ailə əsas ehtiyaclarını ödəyə bilmir.

Ölkədə çoxarvadlılıq adi hal olsa da, belə böyük ailəyə sahib olmaq olduqca nadirdir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

27 Dekabr 2024