2026-cı ilin istehsalat təqviminə əsasən, bayram günləri ilə yanaşı şənbə və bazar günləri də nəzərə alındıqda il ərzində ümumilikdə 130 gün iş olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu müddətə rəsmi bayramlar, qeyri-iş günləri və həftəsonları daxildir.
Müvafiq təqvimə görə, qeyri-iş günlərinin böyük hissəsi həftəsonları ilə üst-üstə düşsə də, bir sıra bayram günləri əlavə istirahət imkanları yaradır.
Qeyd edək ki, istehsalat təqvimi əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilir və dövlət, eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələr üçün əsas götürülür.
Rəşid Muxtar
Bakı 




