• Bakı C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

16 yaşında yoxa çıxan qız 52 il sonra tapıldı

DÜNYA

03 Yanvar 2025 | 09:11

16 yaşında yoxa çıxan qız 52 il sonra tapıldı

İngiltərənin Koventri şəhərində 16 yaşında itkin düşən Şeyla Foks adlı qadın 52 il sonra öz ölkəsində tapılıb.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.

Uest-Midlends şəhərinin polisi onun hansı şəraitdə itkin düşdüyü və harada yaşadığı barədə məlumatı açıqlamayıb. 1972-ci ildə yoxa çıxan qızın axtarışları ötən ilin 29 dekabrında yenidən başlayıb. Foksun yoxa çıxmazdan əvvəl çəkilmiş ağ-qara fotosu ilə başlayan axtarış işlərinin bir hissəsi kimi sosial mediadan və veb saytından istifadə edilib. Fotonun sosial mediada yayımlanmasından bir neçə saat sonra polisin 68 yaşlı Foksu tapdığı bildirilir.

Polisin məlumatına görə, qadın sağ və salamatdır, ölkənin başqa yerində yaşayır. Şəhər polisi tarixində ən uzun müddət davam edən axtarış işlərinin tamamlandığı bildirib.

Qeyd edilir ki, 1956-cı il təvəllüdlü Foksun 1972-ci ildə valideynləri ilə birlikdə yaşayarkən itkin düşüb. Sonradan adı dəyişdirilib. Onun haqqında rəsmi qeydlərin olmayı


SON XƏBƏRLƏR

04 Yanvar 2025