• Bakı 19° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

"Atəşkəsi rus sülhməramlıları pozur” - Hərbi ekspert

SİYASƏT

30 Noyabr 2022 | 17:05

Atəşkəsi rus sülhməramlıları pozur” - Hərbi ekspert

Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına, regionda sülhün bərqərar olmasına çalışarkən, Ermənistan tərəfi atəşkəsi pozmaqla prosesin əleyhinə addımlar atır. Maraqlısı odur ki, atəşkəsin pozulması halları Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə baş verir.

Məsələ ilə bağlı hərbi ekspert Yücel Karauz Bakıvaxtı.az-a bildirib ki, atəşkəsi rus sülhməramlıları pozur:

Azərbaycanın Ermənistan üzərində qələbəsindən iki il keçir. Bu iki il müddətində Azərbaycan qalib dövlət kimi sülhə, dostluğa, əmin-amanlığa, iqtisadi inkişafa töhfə vermək üçün hansı addım lazımdırsa, atıb, dialoq və diplomatik razılaşmalar əldə edib. Bununla yanaşı, Azərbaycan qalib dövlət kimi hüquqlarını qorumağı da bacarıb. Lakin Ermənistan tərəfi bu iki il müddətində atəşkəsi pozaraq mövcud durumla razılaşmadığını, əsas məqsədinin Qafqazda fərqli mənfəətlərə sahib ölkələri yanına alaraq zaman qazanmağa çalışır”.

Onun sözlərinə görə, son on gündür istər Türkiyə-Ermənistan, istərsə də Azərbaycan-Ermənistan münasibətləri sülhə gedərkən, rus sülhməramlıları atəşkəsi pozur, təxribat törədir və ən əsası da hərbi fəaliyyətlərinə davam edirlər.

Ekspert qeyd edib ki, onlar bu addımları ilə revanşist mövqedə olduqlarını göstərirlər:

“Rus sülhməramlılarının tək məqsədi beynəlxalq təşkilatları bu bölgədə sülhə gedən yolun olmadığına, əraziyə BMT dəstələrinin gəlməsinə ehtiyac olduğuna inandırmaqdır. Hesab edirəm ki, rus sülhməramlılarının ermənilərə hər cür yardımlarına baxmayaraq, Ermənistan Rusiyanın siyasətindən narahatdır. Çünki Rusiya məsələyə BMT-ni, beynəlxalq təşkilatları, Avropanı daxil etməyə çalışır. Bu isə olduqca çox təhlükəli məqamdır”.

Yücel Karauz qeyd edib ki, 10 noyabr Bəyannaməsində verilən sözlərə əməl edilməsi, Zəngəzur dəhlizinin açılması, sərhədlərin hüquqa və tarixi gerçəkliyə uyğun olaraq təyin edilməsi şərtdir: “Azərbaycan onsuz da 28 il gözlədikdən sonra bu addımları atıb və Zəfərini qazanıb. Ermənistan hələ də problemin həllini münaqişəni uzatmaqda və “day-dayı”larını arxasına almaqda görürsə, “Dəmir yumruq” bir də heç vaxt başlarını qaldıra bilməyəcəkləri şəkildə təpələrinə dəyəcək. Bunu da hər kəs belə bilsin!”

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Aprel 2024