• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

194 yaşında Ginnesə düşdü 

DÜNYA

21 Iyun 2026 | 21:23 | Müəllif: Gülşən Şərif

194 yaşında Ginnesə düşdü

194 yaşlı Conatan adlı tısbağa Ginnesin Rekordlar Kitabına düşüb.

Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, planetin ən yaşlı canlı heyvanı Müqəddəs Yelena adasında kəşf edilib. O, adətən 150 il yaşayan Aldabra nəhəng tısbağa növünə aiddir. Conatan 1832-ci ildə anadan olub və 1882-ci ildə Seyşel adalarından Müqəddəs Yelena adasına köçürülüb. Adanın hökumətinin mətbuat xidmətinin məlumatına görə, yaşına baxmayaraq, Conatan ictimai tədbirlərdə iştirak etməyə davam edir.

Yeri gəlmişkən, Ginnesin Rekordlar Kitabının ikonası statusu yalnız ən görkəmli rekordçulara və qlobal səhnədə əhəmiyyətli təsir göstərən şəxslərə verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026