Azov dənizinin sahilində 20 milyon illik balina qalıqları tapılıb.
Bakıvaxtı.azbu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Krasnodar diyarında Temryuk rayonunun Priazovski kəndinin sakini gəzintiyə çıxarkən onu aşkar edib.
Tədqiqatdan sonra alimlər belə qənaətə gəliblər ki, bunlar təxminən 20 milyon il əvvəl cənub dənizlərində yaşamış qədim balina olan Cetotherium qalıqlarıdır.
Qeyd edilir ki, aşkar edilmiş qalıqlar balinaların və ümumilikdə dəniz həyatının təkamül tarixinin tədqiqi və yenidən qurulması üçün qiymətli məlumat mənbəyi olacaq.
Mina Mikayılova
















