Məlum olduğu kimi, 2021-ci ilin dekabr ayında Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb.
Bakıvaxtı.az xatırladır ki, həmin il Mərkəzi Bankdan verilən məlumata görə, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunmuşdu.
Ancaq bu qəpiklər çox buraxılmadığı üçün hazırda hər kəsdə yoxdur.
Elçin Layıcov adlı vətəndaş Bakıvaxtı.az-ın redaksiyasına zəng edərək onda üzərində gerb olan 20 qəpiklərdən 5 dənə olduğunu və satmaq istədiyini bildirib.
"Başqa elanlarda həmin 20 qəpiyin 50 manata satıldığı gördüm. Amma mən üstündə gerbimiz olan 20 qəpiyi 30 manata satıram", - deyə E.Layıcov qeyd edib.
Aytac Aslan

















