İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
“Qarabağa “Böyük qayıdış” Ermənistan üzərindəki qələbədən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Hər kəs bu hərəkata qoşulmaq, töhfə vermək niyyətindədir.
Müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə sürətli şəkildə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Azərbaycan Prezidenti İlham Əliyev bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacağını bildirib. Artıq Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Zəngilanda, Laçın və Kəlbəcərdə də beynəlxalq hava limanları inşa ediləcək.
Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir.
Darmadağın edilmiş, viran olunmuş, yandırılmış torpaqlarda yenidən məskunlaşma, qayıdış və böyük Azərbaycan quruculuğunu daşımaq vəzifəsi qarşısındayıq. İşğaldan azad edilmiş ərazilərimizdə ötən bir il ərsində çox mühüm işlər həyata keçirilib. Çoxsaylı infrastruktur layihələri icra olunub, körpülər, yollar, stansiyalar tikilib, yaşayış massivləri salınıb, hava limanları inşa edilib. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Azərbaycan Prezidenti İlham Əliyev bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacağını bildirib.
Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar.
İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir.

Milli Məclisin deputatı, Xocalı rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov Bakıvaxtı.az-a bildirib ki, “Böyük Qayıdış”ın həyata keçirilməsi üçün birinci növbədə ərazilərin təhlükəsizliyi təmin olunmalıdır: “Bundan sonra isə yol infrastrukturu, enerji təminatı, rabitə, su, ev tikintisi, iş yerlərinin yaradılması məsələsi həll olunmalıdır. Ancaq bunlardan öncə vətəndaşlarımızın ordakı yaşayışının təhlükəsizliyini təmin etməliyik. Bu murdar işğalçılar sanki otuz il ərzində orda mina əkib-becərirmişlər. Bütün ərazilərimizi minalayıblar. Artıq bir ildən çoxdur ki, ərazilərimizin təhlükəsizliyini təmin etmək üçün çox sürətli işlər gedir. Müəyyən ərazilərimiz artıq təmizlənib. Bu, çox ağır və eyni zamanda vaxt aparan, təhlükəli işdir”. Minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsinə gəlincə, müsahibimiz deyir ki, indi bu xəritələrin hamısını guya bizə təqdim ediblər: “Əvvəl üç rayonun xəritəsini təqdim etmişdilər. Sonra isə bir neçə erməni hərbi quldurunun təhvil verilməsi müqabilində qalan ərazilərin xəritəsini təqdim etdilər. Lakin əvvəl verdikləri xəritələrin dəqiqliyi və düzgünlüyü yoxlanılanda məlum oldu ki, sadəcə 25%-i həqiqətəuyğun gəlir. İndi verdikləri xəritəyə də təbii ki, inanmaq olmaz. Ancaq hər halda, xəritə üzərində yoxlamalar gedir”.
E.Məmmədovun sözlərinə görə, lakin o xəritələrin həqiqəti nə qədər əks etdirdiyindən asılı olmayaraq, bizim minatəmizləmə xidmətimiz işini çox ustalıqla və ehtiyyatla görür, ərazilərimiz qarış-qarış təmizlənir.
Deputat qeyd edib ki, tək təhlükə mina məsələsi deyil: “Su hövzələrimizi zəhərləyə bilərlər, müəyyən yerlərdə kənd təsərrüfatı xarakterli zərərli işlər görə bilərlər. Bunlar hamısı araşdırılır”. Həmsöhbətimiz hesab edir ki, 2022-ci il “Qayıdış ili” kimi tarixə düşəcək: “Bildiyiniz kimi, yaxın günlərdə Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndinə “ağıllı kənd” layihəsi ilə bağlı səfər etmişdi. Hazırda Ağdam şəhərinin baş planı, bərpası, tikintisi gedir”.
Dediyinə görə, sevindirici məqamdır ki, hazırda işğaldan azad olunmuş ərazilərdə bizim polislərimiz, hərbiçilərimiz, orda tikinti ilə məşğul olan insanlar öz ailələri ilə birlikdə yaşayırlar: “Deməli, bəli, Qarabağda artıq azərbaycanlıların yaşayışının işartıları, cücərtilər var. Onlar ilkin qayıdış qaranquşları hesab olunur. Bu, çox sevindirici haldır”.
Nuranə Daxilqızı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

















