Məktəbəhazırlıq qruplarına 85 min uşaq qəbul olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu “2025–2026-cı tədris ili: Yeniliklər və hədəflər” tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
O qeyd edib ki, icma əsaslı məktəbəqədər qruplarında əhatəlilik təxminən 20 min nəfərdir:
“Hədəfimiz bu sayını 22 minə çatdırmaqdır”.
Həmçinin Bağırov optimizasiya tədbirləri nəticəsində 1100 uşağın bağçalara yerləşdirildiyini vurğulayıb.
Mina Mikayılova