• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

2026-cı ilin büdcəsində BU SAHƏLƏRİN XƏRCLƏRİ ARTACAQ

İQTİSADİYYAT

09 Dekabr 2025 | 11:17 | Müəllif: Əli Hüseynov

2026-cı ilin büdcəsində BU SAHƏLƏRİN XƏRCLƏRİ ARTACAQ

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin 47,8 milyon manat artırılması təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsinə və digər 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı bildirib.

O bildirib ki, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizootiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsait ayrılması planlaşdırılır.

"Bundan başqa, bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və maddi-texniki təminatının yaxşılaşdırılması üçün 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. Ümumilikdə, 52 milyon manatlıq bu xərclər büdcənin müvafiq ehtiyatları hesabına təmin ediləcək", - deputat əlavə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR