• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə

CƏMİYYƏT

17 May 2021 | 11:50

2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün digər dövlət qurumları ilə birgə işlər həyata keçirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir: "Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastrukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026