• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Metroda HƏYƏCANLI ANLAR - Stansiyanı tüstü bürüdü

CƏMİYYƏT

16 Iyun 2021 | 10:12

Metroda HƏYƏCANLI ANLAR - Stansiyanı tüstü bürüdü

Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə əlaqədar bildirib ki, metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib. Elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb.

Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub: "Metropolitenin iş rejimində dəyişiklik yoxdur".

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026