• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

24 dəfə əməliyyat edilən qazi ata oldu

CƏMİYYƏT

05 Avqust 2022 | 19:35

24 dəfə əməliyyat edilən qazi ata oldu

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbilə 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub. 

Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə İnstitutda müalicəsini davam etdirib. Daha sonra isə xəstəyə davamlı ambulator müalicələr tətbiq olunub.

Onların çəkisi 2 550 qram, boyu 48 sm olan sağlam oğul övladı dünyaya gəlib.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025