• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

3 gün əvvəl yanğında xəsarət alan azyaşlı öldü

HADİSƏ

11 Sentyabr 2024 | 19:18

3 gün əvvəl yanğında xəsarət alan azyaşlı öldü

Cəlilabadda 3 gün əvvəl Azərbaycan küçəsində fərdi yaşayış evində baş vermiş yanğında xəsarət alan azyaşlı dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada vəfat edib. 

Xatırladaq ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq - Rüqəyya İsmayılova isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.


SON XƏBƏRLƏR