• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

30 yaşını “KFC”də qeyd edən qız faciəvi şəkildə öldü 

DÜNYA

20 Yanvar 2023 | 19:04 | Müəllif: Subhan Mahmudov

30 yaşını “KFC”də qeyd edən qız faciəvi şəkildə öldü

Maltada Türkiyə vətəndaşı Pelin Kaya öldürülüb.

Bakıvaxtı.az baku.ws-ə istinadən bildirir ki, hadisə ötən gün Qriza şəhərində baş verib. Pelin dostları ilə birlikdə "KFC" restoranında 30 yaşını qeyd edib.

Həmin vaxt Ceremye Kamiller adlı Malta vətəndaşının idarə etdiyi "BMW" markalı maşın restorana çırpılıb. Bu zaman Kaya əzilərək hadisə yerində vəfat edib.

Polis əməkdaşları 33 yaşlı fransız əsilli Ceremyeni həbs ediblər. Onun əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşadığı məlum olub. Ceremyenin hadisəni qəsdən törətdiyi də iddia olunur.

Türk mətbuatında yer alan məlumatlara görə Pelin ölkədə tanınmış 3 memardan biri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026