Çinin Sıçuan əyalətində 6,6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Çinin cənub-qərbindəki Sıçuan əyalətində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada yerli vaxtla saat 12:52-də Kanqdinq şəhərindən 43 kilometr cənub-şərqdə baş verən zəlzələnin 10 kilometr dərinlikdə olduğu bildirilib. İlkin məlumata görə, zəlzələdə can və mal itkisi olmayıb.
Aytac Aslan
















