• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rasim Quliyev Ali Məhkəməyə müraciət etdi

CƏMİYYƏT

05 Oktyabr 2022 | 10:43

Rasim Quliyev Ali Məhkəməyə müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev kassasiya şikayəti verib.

Bakıvaxtı.az xəbər verir ki, sabiq aparat rəhbəri yüksək instansiya məhkəməsindən barəsində bəraət qərarı çıxarılmasını istəyir.

Şikayət ərizəsi baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi isə Rasim Quliyevin cəzasını şərti cəza ilə əvəzləyərək azadlğa buraxılmasına qərar verib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR