• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

DİN  uşaqlarla bağlı müraciət yaydı

CƏMİYYƏT

05 Oktyabr 2022 | 11:15

DİN uşaqlarla bağlı müraciət yaydı

Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.

Bakıvaxtı.az  xəbər verir ki, nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:

- Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;

- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;

- Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;

- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;

- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR