• Bakı 23° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

7 dəqiqəyə İsrailə çatır... - VİDEO

DÜNYA

18 Iyun 2025 | 23:21

7 dəqiqəyə İsrailə çatır... - VİDEO

Xəbər verdiyimiz kimi, İran ilk dəfə İsrail torpaqlarına “Sacil” ballistik raketi atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, İran istehsalı olan bu silahın qiyməti 10 milyon dollardır.

O, maye yanacaqla işləyən “Şahab” ballistik raketlərinin əvəzedicisi kimi bilinir.

Kompozit bərk yanacaqla çalışan “Sacil”  “Şahab-3” ortamənzilli ballistik raketindən fərqli olaraq, dəyişən bucaq altında buraxıla bilər.

Hündürlüyü 25 metr olan bu raketin adı farscadan “yetişən çiçək” mənasını verir ki, bu da raketin səmada buraxdığı izlərlə bağlıdır.

İranın hərbi ekspertlərinin fikrincə, bu raket İsrailin hücum etməyə çalışdığı nüvə məntəqəsi (red.- Natzan) ilə Təl-Əviv arasındakı məsafəni 7 dəqiqə ərzində qət edə bilir. 2000 kilometr uçuş məsafəsinə malikdir.

O, məsafə qət etməsindəki sürətinə görə İran və dünyanın ən sürətli raketlərindən biri sayılır.

SEPAH bildirir ki, “yer-yer” tipli bu raket ikimərhələli stuktura malikdir. Onun ilk sınaq prosesi 2008-ci ildə həyata keçirilib./ Qafqazinfo


SON XƏBƏRLƏR

18 Iyun 2025