• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

71 nömrəli avtobuslar yeniləndi

CƏMİYYƏT

06 Noyabr 2025 | 15:41

71 nömrəli avtobuslar yeniləndi

Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Metronun "Azadlıq prospekti" stansiyasını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə "Golden Dragon" markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.

Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib


SON XƏBƏRLƏR

16 Dekabr 2025