İranın helikopter qəzasında həlak olmuş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəfn mərasimi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Dəfn mərasimi nazirliyin Məşax meydanında rəsmi şəxslər və diplomatik xidmətin yüksək səviyyəli müdirlərinin iştirakı ilə keçirilir.
Bu mərasimdən sonra mərhum XİN rəhbərinin cənazəsi Şah Əbdüləzim Hüsninin (ə) müqəddəs hərəminə təhvil verilərək orada dəfn ediləcək.


















