• Bakı 26° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

"Abituriyent" jurnalının 3-cü nömrəsi nəşr edilib

CƏMİYYƏT

19 Iyul 2024 | 15:46

Abituriyent jurnalının 3-cü nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsi və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurum rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, "Abituriyent" jurnalının 3-cü nömrəsində 2024/2025-ci tədris ili üçün  Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.


SON XƏBƏRLƏR