ABŞ-ın Texas ştatında orta məktəbdə baş verən atışmada ölənlərin sayı artıb.
Bakıvaxtı.az-ın CNN-ə istinadən məlumatına görə, Texas ştatının senatoru Roland Qutierres hadisə nəticəsində 18-i uşaq və 3-ü böyük olmaqla 21 nəfərin öldüyünü bildirib
***
00:56
ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində həlak olanların sayı artıb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, 14-ü şagird, 1-i müəllim olmaqla 15 nəfər həlak olub.
***
00:30
ABŞ-ın Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində atışma baş verib.
Bakıvaxtı.az rbc.ru-ya istinadla xəbər verir ki, atəş açan şəxs artıq saxlanılıb. O, məktəbdə barrikada qurub. Şagirdlər və əməkdaşlar təxliyə edilib.
Hadisə zamanı iki uşaq ölüb, ondan çox şəxs isə yaralanıb.
Məktəbdə 600-ə yaxın uşağın təhsil aldığı bildirlib. Hadisə ilə əlaqədar ərazidəki digər məktəblər bağlanıb.
Qeyd edək ki, Uvalde San Antoniodan 140 km qərbdə və Ostindən 235 km cənub-qərbdə, Meksika ilə sərhəddə yerləşir.
















