• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

ABŞ-də təbii fəlakət: 13 ölü

DÜNYA

18 Fevral 2025 | 09:11

ABŞ-də təbii fəlakət: 13 ölü

ABŞ-ın bir neçə ştatında güclü yağış və qasırğa nəticəsində fəlakət yaşanıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istimadla xəbır verir.

Məlumata görə, West Virginia və Kentucky ştatlarında baş verən sellər nəticəsində 12 nəfər ölüb. Georgia ştatında isə güclü küləyin ağacı evin üzərinə aşırması nəticəsində 1 nəfər həyatını itirib.

West Virginia valisi Patrick Morrisey sellər səbəbindən çox sayda insanın itkin düşdüyünü bildirib. Kentucky Valisi Andy Beshear isə 1000-dən çox insanın xilas edildiyini açıqlayıb.

Ölkənin bir çox ştatında təsirini göstərən güclü yağış və qasırğa New Yorkdan Alabama'ya qədər böyük bir ərazini işıqsız qoyub. Rəsmi məlumatlara görə, ən az 700 min ev və iş yeri elektrik enerjisindən məhrum olub.

Fövqəladə vəziyyət elan edilən bölgələrdə axtarış-xilasetmə işləri sürətlə davam etdirilir.

Nuriyyə Musayeva

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR