• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

ABŞ dövlət katibi Macarıstana səfər edəcək

DÜNYA

10 Fevral 2026 | 07:47

ABŞ dövlət katibi Macarıstana səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio gələn həftə Macarıstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.

Qeyd edilib ki, o, qlobal münaqişələrin həllinə yönəlmiş sülh prosesləri və ABŞ-Macarıstan enerji tərəfdaşlığı da daxil olmaqla, ortaq ikitərəfli və regional maraqları gücləndirmək üçün bazar və bazar ertəsi günləri Budapeştdə Macarıstanın əsas rəsmiləri ilə görüşəcək.

Bu səfər ABŞ Prezidenti Donald Trampın Danimarkanın muxtar ərazisi olan Qrenlandiya ilə bağlı son təhdidləri fonunda baş verir. 

Qeyd edək ki, ABŞ-nin keçmiş Demokrat Prezidenti Co Baydenin Orbanla münasibətləri qənaətbəxş olmayıb. 

Aydın Baxış  


SON XƏBƏRLƏR

09 Fevral 2026