• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ generalı: Rusiya ordusu sürətlə böyüyür

DÜNYA

11 Aprel 2024 | 11:33

ABŞ generalı: Rusiya ordusu sürətlə böyüyür

Rusiya ordusu sürətlə böyüyür.

Bakıvaxtı.az “Business Insider”ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli deyib.

O bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı başlatdığı müharibənin ilk vaxtından etibarən 15 % böyüyüb: “Son bir ildə Rusiya cəbhə bölgəsindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb. Bu, hərbi xidmətə çağırış yaşının 27-dən 30- a qaldırılması ilə bağlıdır”.

K.Kavolinin sözlərinə görə, bütün bunlar o deməkdir ki, Rusiya yaxın illərdə çağırışçıların sayını 2 milyon nəfər artıra biləcək: “Ümumiyyətlə, Rusiya qitənin ən böyük ordusuna malik olmaq yolundadır. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, Rusiya Qərbə qarşı daha aqressiv olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026