• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gürcüstanda uşaqları diləndirən şəbəkə ifşa edildi

DÜNYA

11 May 2024 | 00:30 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda uşaqları diləndirən şəbəkə ifşa edildi

Gürcüstanın paytaxtı Tiflisdə və Acarıstan Muxtar Vilayətində turistləri soyan və dilənçilər şəbəkəsini idarə edən əcnəbilər də daxil olmaqla, 15 nəfər yaxalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, saxlanılanlardan ən böyüyünün 61, kiçiyinin isə 16 yaşı var.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər uşaq əməyinin istismarı üçün xüsusi sxem hazırlayıb övladlarını dilənməyə məcbur ediblər və pulu mənimsəyiblər.

Saxlanılan şəxsləri 17 ilə qədər həbs gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026