• Bakı C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

ABŞ ilə münasibətlərdə dəyişikliklər olacaq - AÇIQLAMA

SİYASƏT

27 Yanvar 2025 | 14:59

ABŞ ilə münasibətlərdə dəyişikliklər olacaq - AÇIQLAMA

"Hazırda Azərbaycanla ABŞ-nin münasibətləri aşağı səviyyədədir. Ticari dövriyyəmiz çox aşağıdır. Diplomatik sahədə dialoqumuz da qırılmışdı".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Rasim Musabəyov bildirib ki, prezident İlham Əliyev ABŞ-yə Bayden administrasiyası dövründə səfər etməyib. Sadəcə ara-sıra amerikalı rəsmilər Bakıya gəliblər, amma dialoq pozulub.

Müsahibimiz hesab edir ki, ABŞ-nin yeni administrasiyasından sonra münasibətlərdə dəyişikliklər olacaq:

“Hələ 6-7 ay bundan öncə cənab prezident açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan adətən ABŞ-də Respublikaçıların administrasiyası ilə işgüzar münasibətləri qurmağı bacarıb. Amma təəssüflər ki, Demokratlarla bu, baş vermirdi. Dövlət başçısı hələ o vaxt vurğulamışdı ki, biz Donald Trampın hakimiyyəyə qayıtmasını gözləyirik. Halbuki, o zaman birmənalı bunu deməyə cəsarət lazım idi və cənab prezident bunu açıq ifadə etdi”.

Trampın əsasən Macarıstan, İsrail, İtaliya və s. dövlətlərlə münasibətlərinini olduğunu deyən Musabəyovun sözlərinə görə, Azərbaycanın da Avropada ən yaxşı partnyorları İtaliya, Macarıstandır:

“Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı da mövqeyi, münasibəti olduqca yüksəkdir. ABŞ-nin yeni administrasiyası bu dövlətləri özünə yaxın bilir. Düşünürəm ki, Azərbaycanın ABŞ ilə münasibətlərini qurması üçün bu məqam faydalı və yaxşı zəmindir”.

Rasim Musabəyov: Ermənistan ABŞ-yə heç bir fayda verə bilməz

Həmsöhbətimiz deyib ki, əgər Ermənistanı Avropanın bəzi ölkələri himayə edirsə, dəstəkləyirsə, hazırda ABŞ Avropa ilə ciddi rəqabət halındadır:

“ABŞ Avropanı gömrük taariflərini 25 faiz artırmaqla hədələyir, hərbi xərcləri artırmağı tələb edir, Amerika qazından asılılığın azalmasına imkan vermir. Tramp məsələləri ciddi maraqlar səviyyəsinə yönəltmək niyyətindədir. Bu baxımdan Azərbaycanın üstünlükləri var. Ermənistan ABŞ-yə heç bir fayda verə bilməz".

Aydın Baxış


SON XƏBƏRLƏR

28 Yanvar 2025