ABŞ ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib (apa).
Qeyd olunub ki, səfər zamanı Maykl Uikman hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.
















