• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ-ın hərbi təyyarəsi Polşa bazasına endi

DÜNYA

08 Fevral 2022 | 00:01 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın hərbi təyyarəsi Polşa bazasına endi

ABŞ-ın 82-ci hava-desant diviziyasının növbəti qrupu Polşanın Rzeşov yaxınlığındakı Yasionka hərbi aviabazasına enib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Polşa Müdafiə Nazirliyi təsdiqləyib.

Qeyd edilib ki, ABŞ hərbçilərinin Polşaya müvəqqəti yerləşməsi NATO-nun şərq cinahının gücləndirilməsi məqsədi daşıyır. Yaxın müddət ərzində Polşaya göndərilən ABŞ hərbçilərinin sayı 1700 nəfərə çatacaq.

Polşa ordusunda briqada generalı Voyçiex Marxvitsa bildirib ki, desant qüvvələri yerli qüvvələrlə birlikdə ardıcıl təlimlər keçəcəklər.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR