• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

ABŞ İrana sanksiyalar tətbiq edir

DÜNYA

20 Oktyabr 2022 | 09:59

ABŞ İrana sanksiyalar tətbiq edir

BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) iclasında İranın Rusiyaya PUA-lar göndərməsi məsələsinin qaldırılması üçün ABŞ bu gün Birləşmiş Krallıq və Fransaya qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat verilib.

İclas zamanı TŞ üzvləri üçün, bu növ təhlükəli silahın ötürülməsi barədə xəbərlərə əsasən BMT Katibliyi tərəfindən ekspert brifinqi keçirilib.

“Biz Rusiyanın İrandan PUA-lar alması və bunun BMT TŞ 2231 saylı qətnaməsinin şərtlərini pozması səbəbi ilə ciddi narahatlığımızı bildirdik”, - deyə bildirilib.

ABŞ Dövlət Departamentinin bəyanatında sanksiyalara da toxunulub : "Biz, təhlükəli silahların Rusiyaya verilməsinin qarşısını almaq üçün həmkarlarımız və tərəfdaşlarımızla birlikdə çalışmağa qəti qərar vermişik. Biz PUA transferinə aid olan hər kəsə qarşı, qətiyyən tərəddüd etmədən öz sanksiyalarımızı və digər müvafiq tədbirləri həyata keçirəcəyik”. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026