• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ABŞ İslamofobiya ilə mübarizə aparır

DÜNYA

11 Mart 2024 | 16:26

ABŞ İslamofobiya ilə mübarizə aparır

İsrailFələstin arasındakı qarşıdurma fonunda ABŞ-də müsəlmanlara qarşı nifrətdə “dəhşətli” artım müşahidə olunur.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib .

Onun sözlərinə görə, bu səbəbdən Ağ Ev hazırda tarixdə ilk dəfə “İslamofobiya ilə Mübarizə üzrə Milli Strategiya” üzərində işləyir.

“Biz müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılıq artımını müşahidə edirik. Din azadlığı və mühacirlərin töhfələri əsasında qurulan ABŞ-da islamafobiyaya yer yoxdur”.

Bayden onu da əlavə edib ki, Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardım çatdırmaqda davam edəcək, həmçinin anklavda atəşkəsin dayandırılması ilə bağlı razılaşma üzərində iş aparacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR