ABŞ Silahlı Qüvvələrinin Litvada 600-ə yaxın amerikalı əsgər və 120 hərbi texnikanın iştirak edəcəyi " Saber Strike" təlimi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “15min.lt” portalı məlumat yayıb.
Təlimlərin məqsədinin ABŞ Ordusunun bölmələrini tez bir zamanda başqa bölgəyə yerləşdirmək, mövcud ordu hissələrini gücləndirmək və çəkindirici təsirə nail olmaq bacarığını nümayiş etdirmək olduğu bildirilib.
Qeyd olunur ki, “Saber Strike” Litva ərazisində keçirilən NATO-nun yaz təlimləri silsiləsinin yalnız birinci mərhələsidir.
Mina Mikayılova
















