• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ və Rusiya bu məsələni müzakirə edəcək 

CƏMİYYƏT

10 Noyabr 2022 | 10:10

ABŞ və Rusiya bu məsələni müzakirə edəcək

“Yaxın gələcəkdə ABŞ və Rusiyanın nüvə silahlarının azaldılmasını nəzərdə tutan “Yeni START” sazişi çərçivəsində qarşılıqlı təftişlərə yenidən başlamaq üçün məsləhətləşmələr aparacaq”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. 

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva ilə Vaşinqton arasında nüvə silahlarına nəzarətlə bağlı təmaslar əvvəlcədən elan edilə bilməz. Bu mövzuda danışmağın tez olduğunu vurğulayan Peskov, bildirib ki, münasibətlərin toxuması çox incədir.

Qeyd edək ki, 2010-cu ildə imzalanan Yeni START sazişi iki ölkənin yerləşdirdiyi strateji nüvə başlıqlarını maksimum 1550-yə qədər məhdudlaşdırırdı.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026