ABŞ və Türkiyə arasında strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayrakdar deyib.
"Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir proses başlatdıq. Liderlər və ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən görüşdən sonra strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzaladıq. Ümid edirəm ki, bu razılaşma çərçivəsində görüləcək işlər hər iki ölkəyə fayda gətirəcək", - deyə nazir bildirib.