• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bu qidalar arıqladır

CƏMİYYƏT

06 Mart 2024 | 15:37

Bu qidalar arıqladır

Pəhrizdə aclığın qarşısını almağa kömək edən iki məhsul məlum olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloq Anequa Godart bu barədə açıqlama yayıb.

Belə ki, kərəviz və alma arıqlamaq üçün ən yaxşı qidalardır.

Həkim, kərəvizi pəhriz saxlayanlar üçün unikal qida adlandırıb, çünki tərkibində orqanizmin onu həzm etməsi üçün lazım olduğundan daha az kalori var.

O, kərəvizin həzm sistemində iltihabı azaldan, hətta xərçəng kimi xəstəliklərin qarşısını alan beta-karotin və flavonoidlərlə zəngin olduğunu açıqlayıb.

Godart almanı arıqlamaq üçün başqa bir yaxşı seçim hesab edib.

Onun sözlərinə görə, alma bədəndə yağın udulmasını tənzimləməyə kömək edən lif və pektin baxımından yüksəkdir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026