• Bakı 18° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

ADSEA nümayəndələri Türkiyədə

CƏMİYYƏT

09 Dekabr 2024 | 10:34

ADSEA nümayəndələri Türkiyədə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları Türkiyəyə gedib.

Bu barədə Bakıvaxtı.az-a agentlikdən bildirilib.

Məlumata görə, ADSEA-nın əməkdaşları Əfsanə Əsgərova, Elmar Orucov, Ruslan Salmanov, İlqar Həsənov, Elnur Nəsirov suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti işlərinin təkmilləşdirilməsi məqsədilə qardaş Türkiyəyə səfər çərçivəsində Devlet Su İşleri Genel Müdiri Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər. 

Görüşlərdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparılıb, təqdimatlar dinlənilib və suallar cavablandırılıb.

Görüşlərdə o da xüsusi olaraq vurğulanıb ki, hər iki ölkənin bu sahə üzrə təcrübə mübadiləsinin aparılması intensivləşdirilsin.

 


SON XƏBƏRLƏR

22 Aprel 2025