• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ADY sərnişinlərə çağırış etdi

CƏMİYYƏT

10 Fevral 2026 | 09:50 | Müəllif: Qalib İbrahimoğlu

ADY sərnişinlərə çağırış etdi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Məlumata görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir:

"Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026