• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ağaxan Abdullayevin polkovnik oğlu işdən AZAD EDİLDİ

CƏMİYYƏT

12 Oktyabr 2023 | 13:19

Ağaxan Abdullayevin polkovnik oğlu işdən AZAD EDİLDİ

Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

Bakıvaxtı.az  Bakupost.az-a istinadən xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib.

Gömrük polkovniki rütbəsini daşıyan X. Abdullayev uzun müddət DGK-nın baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.

Xatırladaq ki, Ağaxan Abdullayev 2016-cı ilin dekabrın 25-də dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026