• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bədənində 50-yə yaxın xalı olan insanların diqqətinə

CƏMİYYƏT

11 Noyabr 2023 | 09:07 | Müəllif: Subhan Mahmudov

Bədənində 50-yə yaxın xalı olan insanların diqqətinə

Bədənində 50-yə yaxın xal olan insanlarda melanoma riski yüksəkdir.

Bakıvaxtı.az xəbər verir ki, onkoloq Maksim Astraxançev bu barədə xəbərdar edib.

“Xallardan bir neçəsinin forma və ölçüsünü dəyişməsi təhlükəli məqamdır.

Elmi araşdırmalar sübut edib ki, bədənində 30-40 xalı olanlar təhlükədədir. Onlar dərilərini UB şüalardan ciddi qorumalıdır. Həmişə yüksək qoruculu SPF kremlər çəkməlidir.

Ayda bir dəfə xallarınızı müayinə edin. Ən böyük xallarda dəyişiklik varmı, rəngi tündləşibmi?

Şübhəli xal görsəniz, onko dermatoloqa gedin, xaldan analiz götürülüb, xoş və ya bəd olması yoxlanılmalıdır. Hazırda melanoma dünyada sürətlə artır”./Medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026