• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Əliheydər Ağakişiyev vəfat etdi - FOTO

CƏMİYYƏT

11 Noyabr 2023 | 11:10 | Müəllif: Subhan Mahmudov

Əliheydər Ağakişiyev vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Elmi-Tədqiqat Laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ağakişiyev 1957-ci il iyunun 29-da Bakıda anadan olub. 1964-1974-cü illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən də həmin ali təhsil müəssisəsində çalışıb.

O, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.


Əliheydər Ağakişiyev vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026