• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağcabədi polisindən əməliyyat: Saxlanılanlar var

CƏMİYYƏT

25 Avqust 2022 | 14:17 | Müəllif: Subhan Mahmudov

Ağcabədi polisindən əməliyyat: Saxlanılanlar var

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluqla yetişdirməkdə şübhəli bilinən rayon sakinləri İlqar Quliyev və Afiz Mirzəyev saxlanılıblar. İ.Quliyevin həyətyanı sahəsinə baxış keçirilərkən 41 ədəd çətənə bitkisi və qurudulmuş marixuana, A.Mirzəyevə məxsus Minəxorlu kəndi ərazisində yerləşən əkin sahəsinə baxış zamanı isə 14 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026