• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ağcabədidə narkotacir tutuldu

CƏMİYYƏT

16 May 2021 | 11:23

Ağcabədidə narkotacir tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-dəaraşdırmalar davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR