• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdam sakini minaya düşüb ÖLDÜ

HADİSƏ

15 Noyabr 2021 | 18:40 | Müəllif: Subhan Mahmudov

Ağdam sakini minaya düşüb ÖLDÜ

Ağdam rayon sakini minaya düşərək həlak olub.

DİN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə saat 17 radələrində rayonun Təzəkənk kəndi ərazisində baş verib.

Kənd sakini, 41 yaşlı Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Təzəkənd kəndi Vətən Müharibəsi dövründə azad edilən ərazilərə daxil deyil. Bu kənddə daha əvvəl də yaşayış olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026